Cümə, 03 May

"Youtube" azərbaycanlı müğənninin 25 min AZN-lik klipini qəbul etməyib - VİDEO

image

Müğənni Dilarə Kazımovanın yeni klipi başına bəla olub.

Xəbər verilir ki, sənətçi "Şourum" verilişinə müsahibəsi zamanı yeni təqdim etdiyi "Xarizma" mahnısının klipini yutub platformasının qəbul etmədiyini açıqlayıb:

"Bizim yutubla problemlər çıxdı. Klipin baxış sayı bütün platformalarda aşağıdır. Türkiyəyə dostlarıma zəng vurdum. Baxdılar, dedilər, yutubda elə bir klip yoxdur. Halbuki, klip yutubdadır, amma görünmür. Beonsa, Şakiraya baxanda onlar açıq-saçıq kliplər çəkdirirlər. Kiməsə olar, kiməsə olmaz. İndi biz "Youtube"dan cavab gözləyirik. Bilmirik, onlar niyə belə ediblər".

Qeyd edək ki, estrada ulduzu sözləri və musiqisi Fidan Alivaya məxsus “Xarizma” mahnısını bir müddət əvvəl ekranlaşdırıb. Sənətçinin layihəsi üzərində böyük heyət çalışıb. Sözügedən klip üçün ümumilikdə 15 min dollar (təxminən 25 min 500 AZN) xərclənib.

Azadsoz.com

Video

image
Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15